Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO
19:52 29 Mart 2017
386 Şou
Ölkə mətbuatı
A- A+

Dünya telekanallarında aparıcılar yüksək gəlirləri ilə diqqət mərkəzində olurlar. 

Milli.Az bildirir ki, teleqraf.com bunu nəzərə alaraq azərbaycanlı məşhur aparıcılara sualla müraciət edib. Sual belədir: "Aylıq gəliriniz nə qədərdir?" 

Sorğunu təqdim edirik: 

ATV-nin aparıcısı Yusif Ağayev: "ABŞ və Avropa ölkələrində başqasının maaşını soruşmaq qəbahət hesab edilir. Nədənsə Azərbaycanda buna normal  yanaşırlar. Məvacibimdən son dərəcə razıyam. 20 ildir ki, ATV kanalında çalışıram. Qonorar və maaşdan da razıyam".
 
"Xəzər" TV-nin aparıcısı Çiçək Vakkas: "Maaşım haqqında dəqiq məlumat verə bilməyəcəm. Çünki sponsorlara görə faizlər dəyişir. Verilişlərimin 10-12 sponsoru olur, onların hər birindən böyük məbləğdə faiz alıram".

ATV-nin aparıcısı Kamilə Babayeva: "Aylıq gəlirim haqqında məlumat verməyəcəm. Çünki riyaziyyatla dost deyiləm. Hazırda mənə həyat yoldaşım dəstəkdir".

"Xəzər" TV-nin aparıcısı Firuzə Cəlilova: "Maaşımı deyib gözə gəlmək istəmirəm. Bacarana can qurban. Toylara getmirəm və toy aparıcısı deyiləm. Gərək onlarla aylıq gəlir baxımından rəqabət aparım... Hər kəsin öz ruzisi var. Pul əl çirkidir, xərcləmək üçün qazanırıq. Əsas odur ki, əhvalımız yüksək olsun". 

ARB-nin aparıcısı Zümrüd Qasımova: "Həyat yoldaşım olmasa çatdıra bilmərəm.  Digər kanallarda aylıq gəlir nə qədərdirsə, bizdə də elədir. Normal maaş alıram. Az desəm deyəcəklər ki, necə işləyirsən? Çox desəm isə əksini. 

Düzünü deyim... Maaşım məni tam təmin etmir. Mənə həyat yoldaşım dəstək olur. Təxminən aktyorların maaşı qədər məvacib alıram. Dediyim kimi maaşım normaldır, sağ olsunlar, geyindirilər, saç düzümümüzü belə kanalamızda edirlər". 

ATV-nin aparıcısı Şəhriyar Əbilov: "Aparıcılar verilişlə yanaşı toydan, tədbirlərin açılışından da gəlir əldə edirlər. Hazırda açılışlar olur. Toylar iki aya yaxındır yoxdur. Dəqiq məbləğ demiyəcəm. Təxminən aylıq gəlirimiz 1000 manatdan aşağı deyil".

ATV telekanalının keçmiş aparıcısı Günel Hümbətova: "Aylıq gəlir hansı kanalda işləməyimizdən asılıdır. Hazırda aparıcı kimi fəaliyyət göstərmirəm. Aparıcı işləyən zaman maaşım 1000 manatdan yüksək olub". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR