Tanınmış teleaparıcının evinə yanğından güclü ziyan dəydi: "Evim su içindədir..." - FOTO

Tanınmış teleaparıcının evinə yanğından güclü ziyan dəydi: "Evim su içindədir..." - FOTO
19:57 29 Mart 2017
364 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib. O bu haqda Milli.Az-a danışıb:

"Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11 -ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə evim su içindədir".

Əli Rəhimoğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR