Qarabağ üçün GİZLİ SAZİŞ, o ərazilər AZƏRBAYCANA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün GİZLİ SAZİŞ, o ərazilər AZƏRBAYCANA... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 29 Mart 2017
217 Digər
Ölkə mətbuatı
A- A+

Ginnesin Rekordlar Kitabına düşmüş erməni əsgəri məhv edilib. Bu hadisə İrəvan kulislərində qarşıdurmaya səbəb olub. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Bu gün “Brexit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı – red.) rəsmən başlayıb. Kərkükdə kürd bayraqlarının dalğalandırılması ilə tarixi türk torpağı olan bu şəhərin kürdləşdirilməsi ssenarisi işə düşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub.

Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.

Ermənistan ordusu Qarabağda daha bir hərbçisini itirib. Güllə yarasından ölən əsgər 20 yaşlı Artak Rafaelyandır. O martın 28-də saat 13-30 radələrində cəbhənin şərq istiqamətində aldığı güllə yarasından ölüb.

Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Beləki, pulemyotçu uzandığı yerdə 11011 dəfə jim etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş. O həmçinin boksla məşğul olurmuş.

Məlumatda həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub.

Bu hadisə İrəvan kulislərində qarşıdurmaya səbəb olub. İrəvanda hesab edirlər ki, bu, Azərbaycanın Serj Sarkisyanın “İskəndər” təhdidinə cavabıdır.

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

Bu, İrəvan kulislərində qarşıdurmaya səbəb olub.

Dağlıq Qarabağ ətrafındakı ərazilər konflikt tərəflərinin hazırda üzərində danışıqlar apardıqları sənəd əsasında Azərbaycana qaytarılmalıdır. Bunu “Kentron” televiziyasında çıxışı zamanı Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan söyləyib.

“Əgər biz bunu etməsək, o zaman nə vaxtsa bu torpaqları bizdən sanksiyalar yolu ilə geri alacaqlar. Dövlət gərək bunun üçün cəmiyyəti hazırlasın. Əgər Serj Sərkisyan bu yolla getsə, mən son ana qədər onun yanında olacağam”, – deyə o bildirib.

Ermənistanın birinci prezidentinin işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Erməni ekspertlər Petrosyanın Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin qaytarılmasına hazırlandığını hesab edir.

Lakin qəzet əlavə edir ki, Ermənistan daxilində ərazilərin qaytarılmasına qarşı olan qruplar mövcuddur: “Hətta onlar status-kvonun saxlanılması üçün terror aktları törətməyə belə hazırdırlar”.

Bir neçə gün öncə “lragir” saytı da eyni məsələni gündəmə gətirmişdi.

Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ

Əraziləri qaytarmağa məcbur qaldılar...

Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər. Bunu jurnalistlərə açıqlamasında britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib.

De Vaal buna sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərib:

“Bu müqavilənin əsas şərti təmas xəttində atəşkəsin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermənistan, həm Azərbaycan hökumətinə qarşı irəli sürülmüşdü. Lakin bu işləmədi və müqavilə də imzalanmadı. Nəyə görə? Aydındır ki, səhvlər oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir. Həmsədrlər isə öz növbəsində konfliktin yenilənməsinə imkan verməmək üçün Vyana razılaşmasına yenidən baxmalıdırlar”.

Qırğızıstanda “Ata-Meken” müxalifət partiyasının tərəfdarları paytaxt Bişkekdə etiraz aksiyalarına başlayıb. Aksiyalar dələduzluq və korrupsiyada ittiham olunaraq barəsində iki aylıq həbs-qəti imkan tədbiri seçilən partiya sədri Onurbek Tekebayevin müdafiəsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, Onurbek Tekebayev hazırda hakimiyyətin əsas siyasi opponenti sayılır. Tekebayev respublikada ağırçəkili siyasətçidir. “Ata-Meken” partiyasının sədri prezident Almazbek Atambayevin keçmiş müttəfiqi olub. Prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətə keçib. Tekebayev 2005-ci ildə “Zanbaq inqilabı”nın liderlərindən biri olub. O, 2010-cu il inqilabında da yeni hakimiyyəti dəstəkləyib və müvəqqəti hökumətin başçısının müavini postunu tutub.

Türkiyə ilə “soyuq müharibə” dövrünü yaşayan Almaniya İncirlik bazasına alternativ tapıb. Almaniyanın “Die Welt” qəzeti İncirliyə 8 alternativ bazanın müəyyən edildiyini yazıb. Bunlardan üçü Küveyt, üçü İordaniya, ikisi isə Cənubi Kiprdə yerləşir. Bu ölkələrdən hər hansı biri ilə danışıqlar müsbət nəticələnərsə İncirlikdəki alman əsgərləri və “Tornado” kəşf təyyarələri çıxarılacaq.

Qeyd edək ki, Türkiyənin hökumət nümayəndələrinin Almaniyada mitinqlərdə iştirakına icazə verilməməsi Ankara və Berlin arasında gərginlik yaradıb.

Kərkükdə kürd bayraqlarının dalğalandırılması ilə tarixi türk torpağı olan bu şəhərin kürdləşdirilməsi ssenarisi işə düşüb. Novruz bayramı münasibətilə Kərkükdə kürd bayraqları qaldırıldı. Bu bayram tədbiri fonunda sıradan bir hadisə görünürdü. Lakin daha onar şəhərin bütün dövlət binalarında, ictimai yerlərində kürd bayraqlarının asılması qərarı verildi. Bu qərar Kərkük Vilayət Məclisində qəbul edildi. Hansı ki, bu məclisdə kürdlər çoxluq təşkil edir və məlumata görə, onları qərarı türkman və ərəb üzvlər olmadan qəbul edib. Mərkəzi Bağdad hökuməti bu qərara etiraz edərək, Kərkük valiliyinə “şəhərdə yalnız İraq bayrağı asıla bilər” deyə təlimat göndərdi.

Hadisəyə türkmanlar və rəsmi Ankara sərt etiraz edib.

Azərbaycanlıların şəhərini işğal SSENARİSİ: toqquşmalar davam edir - FOTO/VİDEO

2003-cü ildə Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binasının yandırılması da məhz ikinci böyük toplumun məhvinə hesablanmışdı.

"Yaxın dövrdə dəyişən dünya sistemində klan və tayfa dövlətləri yaranacaq". Bunu Türkiyənin “Haber7” saytına müsahibəsində çağdaş islam düşüncəsi, türk siyasi həyatı və ideologiyalarla bağlı araşdırmalar aparan Ercan Yıldırım deyib.

Yazar qeyd edir ki, lazım gəldiyində ABŞ və Rusiya Türkiyə əleyhinə birləşirlər. O, nümunə olaraq YPG terror təşkilatının nəzarətində olan Suriyanın Münbic şəhəri ətrafında Rusiya və ABŞ-ın Türkiyənin qarşısına çəkdiyi səddi göstərib.

Yazar yalnız Yaxın Şərqin deyil, bütün dünyanın çox dövlətli bir sistemə doğru getdiyini deyib.

Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr... YENİ DÜNYA DÜZƏNİ

"Yaxın dövrdə dəyişən dünya sistemində klan və tayfa dövlətləri yaranacaq".

NATO-nun Avropa komandanlığının ali baş komandanı, Amerika generalı Kertis Skaparotti Avropada Rusiyanın qarşısının alınması üçün əraziyə qoşunlar göndərməsini xahiş edib.

Kertis Skaparotti bildirib ki, “daha davakar Rusiya”nın saxlanılması üçün ona qoşunlar və müasir silahlar lazımdır. Skaparrotti deyib ki, Rusiya nüvə arsenalını yalnız bərpa etmir, həm də müasirləşdirir və ölkə sərhədləri boyu dövlətlərin qorxudulması strategiyasının reallaşdırılması çərçivəsində nüvə silahından istifadə edir.

“Qoşun və texnika lazımdır!” - Rusiyaya qarşı MÜHARİBƏ ÇAĞIRIŞI

“İndi bizə daha çox güc, məsələn zirehli tank diviziyası lazımdır".

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqlayıb. Dövlət başçısının yüksək səviyyəli ümumərəb görüşünün iştirakçılarına müraciətində qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətin uzunmüddətli sabitləşməsi üçün Fələstin problemi həll edilməlidir.

Müraciətdə deyilir: "Bu məsələdə Ərəb Dövlətləri Liqasının təşəbbüsü Fələstin-İsrail danışıqları prosesinin irəliləməsi üçün yaxşı şərait yaradır".

Böyük Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrou Britaniyanın baş naziri Tereza Mey tərəfindən imzalanan və krallığın Avropa İttifaqından çıxışını nəzərdə tutan rəsmi məktubu Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska verib. Avropa İttifaqından çıxış haqqında Lissabon müqaviləsinin 50-ci maddəsində yer alan qaydalara əsasən Böyük Britaniya “Brexit”in işə salınmasından düz iki il sonra - 2019-cu martın 29-da qurumu tərk etməli olacaq.

Britanın Avropa İttifaqından çıxışı üzrə referendum 2016-cı il iyunun 23-də keçirilib. Əhalinin 52 faizi qurumu tərk etməyə tərəfdar olub.

Tereza Mey “Brexit” üzrə xüsusi bəyanatla parlamentdə çıxışında deyib ki, Şotlandiya, Uels və Şimali İrlandiya hakimiyyətləri “Brexit” nəticəsində əlavə səlahiyyətlər alacaq və onların fikri Avropa İttifaqı ilə danışıqlar prosesində nəzərə alınacaq.

Mey həmçinin müstəqillik haqqında referendumlara ehyam vuraraq bildirib ki, hazırda muxtar regionların hakimiyyəti tərəfindən qəbul edilən heç bir qərar reallaşmayacaq.

Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğuna ötən gecə yerli vaxtla 00:30-da hücum olub. Konsulluğun binası gülləbaran edilməklə bərabər, qumbaraatandan da atəşə məruz qalıb. Hələlik hücumun kim tərəfindən həyata keçirildiyi bilinmir.

Polşanın Lutskdakı konsulu Kşiştof Savitskiy hücumu terror aktı adlandırıb. Ukrayna Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi də bildirib ki, hadisənin terror aktı olması istisna edilmir.

Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak “112. Ukrayna” telekanalına açıqlamasında deyb ki, terror aktının olması ehtimal edilir. O bildirib ki, cinayətin bilavasitə icraçıları tapılacaq.

Nazir məsləhətçisi hücumda Rusiya izinə diqqət çəkib.

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən də bildirilib ki, Ukraynada vaxtaşırı Polşaya qarşı həyata keçirilən təxribatlar yalnız bir tərəf - Rusiya üçün əlverişlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/193011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR