"Dünya iqtisadiyyatı keyfiyyət artımına yönəlməlidir, Azərbaycan da artıq bu yolda addımlayır"

"Dünya iqtisadiyyatı keyfiyyət artımına yönəlməlidir, Azərbaycan da artıq bu yolda addımlayır"
20:05 29 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünya iqtisadiyyatının inkişaf tempinin azalması ölkələri alternativ - daha keyfiyyətli iqtisadi inkişafa təşviq etməlidir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "PwC" şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons deyib.

Onun sözlərinə görə, bu gün ölkələr diqqətini inkişafın sosial aspektlərinə yönəltməlidir: "Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatı yaxın gələcəkdə neft qiymətlərinin azalmasına qədər olan artım tempini bərpa edə bilməyəcək. Bununla bağlı olaraq, ölkələr iqtisadi artımın digər meyarlarına - əhalinin rifahı, həyat səviyyəsi, təhsil səviyyəsi kimi amillərə diqqət yönəltməlidir".

O.Qriqer-Siddons qeyd edib ki, bu cür yanaşma həm də biznes subyektlərinə də tətbiq olunmalıdır: "İllik mənfəət şirkətin böyüməsi üçün kifayət deyil. Daim inkişaf barədə düşünmək lazımdır, bazarda öz yerini tapmaq lazımdır. Amma mənfəəti də unutmaq lazım deyil, mənfəət olmadan şirkətlər investisiya qoya, işçi qüvvəsi cəlb edə bilməz. Digər sözlə mənfəət vacib olsa da, inkişafın yeganə yolu deyil".

Azərbaycanda da son illərdə sosial məsələlərə - həyat səviyyəsinin yaxşılaşdırılmasına, əhalinin rifahının artırılmasına və yaşayış minimumunun çoxaldılmasına diqqət yönəldilir.

Ekspertlər hesab edir ki, bu gün Azərbaycanda elə bir iqtisadi proqramın əsası qoyulub ki, ölkə 1,5-2 faiz həcmində iqtisadi artıma rahat şəkildə nail ola bilər.

İqtisadiyyat elmləri doktoru, professor Rüfət Quliyev hesab edir ki, ölkədə iqtisadi artımın 1-2 faizdən az olmasından narahat olmaq lazım deyil: "Biz əminliklə iqtisadi artımın istiqamətinin dəyişməsinə doğru hərəkət edirik. Hazırda diqqət neft sektorundan qeyri-neft sektoruna doğru yönəlir. Biz yüksək iqtisadi göstəricilərin ardınca düşməməliyik, əvəzində qeyri-neft sahələrinə doğru addım atmalıyıq. Bu sahələrin inkişafı bizə həm ixracat potensialı, həm də əhalinin rifahının artmasına imkan verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR