"Barselona" sabiq oyunçusunu geri qaytarır

İcarə əsasında karyerasını "Milan"da davam etdirən "Everton"un yarımmüdafiəçisi Jerar Deulofeu "Barselona"ya qayıdır.

Metbuat.az bildirir ki, bu barədə "El Mundo Deportivo" nəşrində məlumat yayılıb. Katalan klubu "yenidən satınalma" bəndindən istifadə etmək niyyətindədir. Bunun üçün "Barselona" "Everton"a 12 milyon avro ödəməlidir.

"Milan"a keçidindən sonra əsas heyət üzvünə çevrilən Deulofeu İspaniya millisinə də çağrılmışdı.

Jerar Deulofeu "Barselona" akademiyasının yetirməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR