Millimizin daha bir üzvü "Bursaspor"da - RƏSMİ

Millimizin daha bir üzvü "Bursaspor"da -   RƏSMİ
21:07 29 Mart 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu "Bursaspor"a transfer olunub. Fanat.Az xəbər verir ki, Ozancan Kökcü Super Liqa klubu ilə müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Bursaspor" onun keçidinə görə "Feyenoor"da transfer haqqı ödəməyib. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Ozancan Kökcü dünən U-21-in heyətində Türkiyənin gənclər millisinə qarşı oynayıb. Onun A millimizə çağrılması gözlənilir.

Onu da qeyd edək ki, "Bursaspor"da əsas yığmamızın üzvü Dəniz Yılmaz da çıxış edir.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-daha-bir-uzvu-quotbursasporquotda-t57204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR