Ümumdünya Səhiyyə Təşkilatından qızılca XƏBƏRDARLIĞI

Ümumdünya Səhiyyə Təşkilatından qızılca XƏBƏRDARLIĞI
21:13 29 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrində qızılca xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq yayıb.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ÜST buna səbəb kimi peyvənddən az istifadəni göstərib.

Qurumun yaydığı açıqlamada başda İtaliya və Rumıniya olmaqla peyvənddən istifadənin zəif olduğu ölkələrdə qızılca xəstəliyindən əziyyət çəkənlərin sayında artım olduğu bildirilir: “Xəstəlikdən qorunmaq üçün insanların ən azı 95 faizi qızılcaya qarşı peyvənd olunmalıdır. Lakin bir çox ölkədə bu göstərici olduqca aşağıdır. Ona görə də həmin ölkələrdə qızılca artıq epidemiya formasını alıb. Həmin ölkələr arasında Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, İsveçrə və Ukrayna yer alır”.

ÜST-nin məlumatlarına görə, bu ilin ilk ayında İtaliyada 200-dən çox insanda qızılca qeydə alınıb. Eyni zamanda, Rumıniyada ötən ilin yanvar ayından bu yana 3 400 belə fakt qeydə alınıb ki, onlar arasında 17 ölüm baş verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/193018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR