"Böyük bir klubla müqavilə imzaladım" - Millimizin futbolçusu

"Böyük bir klubla müqavilə imzaladım" -   Millimizin futbolçusu
21:17 29 Mart 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

"Böyük bir klubla müqavilə imzaladım. İnşallah, bu formanı uzun illər geyinərəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Bursaspor"la müqavilə imzalayan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcü deyib.

Hollandiyanın "Feyenoord" klubunun yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Anlaşma iyulun 1-də qüvvəyə minəcək. Ozancan imzalanma mərasimindən sonra təəssüratlarını bölüşüb: 

"Kiçik yaşlarımdan "Bursaspor"u yaxından izləyirəm. 2010-cu ildəki çempionluğu xatırlayıram. 5 il Hollandiyanın "Qroningen" klubunda futbolun sirrlərini öyrənmişəm. Bu mövsüm "Feyenoord" məni transfer etdi. Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayıram. Texnikalı və sürətli oyun tərzim var. İnşallah, uzun illər "Bursaspor"a faydalı olaram. "Qroningen"dəki məşqçim əvvəllər Türkiyədə oynamış Ulrix van Qobbel idi (1995-1996-cı illərdə "Qalatasaray"da oynayıb). Ondan Türkiyə futbolunu soruşdum. Mənə "Çox çalışsan, yaxşı yerlərə yüksələ bilərsən" dedi. Mənim də seçimim "Bursaspor" oldu. "Bursaspor"da ən çox bəyəndiyim futbolçu kapitan Pablo Martin Batalladı. Çox yaşı futbolçudu".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotboyuk-bir-klubla-muqavil-imzaladmquot-t57206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR