Azərbaycan Moldovanı darmadağın etdi

Azərbaycan Moldovanı darmadağın etdi
21:17 29 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, yığmamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.
 "AVRO-2018"in seçmə mərhələsinə hazırlaşan yığmamız iki yoxlama oyunundan birincisinə çıxıb. İlk oyun yığmamızın 6:1 hesablı darmadağını ilə yekunlaşıb.

Millimizlə Moldova sabah yenidən üz-üzə gələcək. İkinci oyun da bugünkü matç kimi Bakı İdman Sarayında baş tutacaq. Qarşılaşma saat 18.30-da başlayacaq.
 Qeyd edək ki, Azərbaycan dünya reytinqində 10-cu, Moldova isə 57-cidi.

Azərbaycan - Moldova - 6:1Qollar: Xətai Bağırov, 6. Eduardo, 14. Fineo, 16. Olivyera, 25. Tyaqu, 26. Faiq Əliyev, 28 - Obada, 32.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-moldovan-darmadan-etdi-t57205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR