Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib
23:12 29 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

"Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD  təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb", bəyanatda deyilir.
 
Qeyd edək ki, "Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR