AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq
23:22 29 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, ikinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

Belə ki, 61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. İsveçrə təmsilçisini tam üstünlüklə məğlub edən Ə.Rəhimzadə çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda Rusiya idmançısından da üstün olan Hacımurad Avropa çempionatının qızıl medalına sahib olub.

86 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz İsveçrə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibini üstələyən K.Əliyev çempionatın bürünc medalını qazanıb.

Beləliklə, U-23 Avropa çempionatında iki gün davam edən sərbəst güləş yarışlarını yığmamız 2 qızıl və 3 bürünc medalla tamamlayıb.

61 kq

Bürünc medal görüşü - Randy Adrian Vok (İsveçrə) - Əli Rəhimzadə 2:13
1/2 final - Əli Rəhimzadə - Hacımurad Rəşidov (Rusiya) 2:4
1/4 final - Huseyn Şaxbanau (Belarus) - Əli Rəhimzadə 0:5
1/8 final - Niko Antonio Zarkone (Almaniya) - Əli Rəhimzadə 3:5

70 kq

FİNAL - Hacımurad Ömərov - Zaurbek Sidakov (Rusiya) 1*:1
1/2 final - Surxo Raşitxanau (Belarus) - Hacımurad Ömərov 0:5 (tuşe)
1/4 final - Toma Vaskan (Moldova) - Hacımurad Ömərov 0:10
1/8 final - Mirza Sxulukia (Gürcüstan) - Hacımurad Ömərov 1:12

86 kq

Bürünc medal görüşü - Ştefan Rayxmut (İsveçrə) - Kənan Əliyev 1:2
1/2 final - Kənan Əliyev - Bendequz Tot (Macarıstan) 6:8
1/4 final - Aron Caneva (İtaliya) - Kənan Əliyev 0:8
1/8 final - Kənan Əliyev - Abdulla Ömərov (Belarus) 5:2

125 kq

1/8 final - Umar İsrailov - Danilo Kartavyi (Ukrayna) 6:14

Xatırladaq ki, güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurublar. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR