Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları
23:52 29 Mart 2017
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, küncüt dünyada tək mətbəxtə deyil, tibdə və kosmetologiyada da istifadə olunur.

Küncütün bir çox faydalı xüsusiyyətləri var:
- Bu bitkinin tərkibində güclü antioksidant olan "sezamin" maddəsi var ki, bu maddə bir çox xəstəliklərin, o cümlədən şiş xəstəliklərinin profilaktikasında istifadə olunur, "pis" xolesterolun səviyyəsini aşağı salır.
- Küncüt bir çox vitamin (A,B qrupu, C, E) və minerallarla (kalium, maqnezium, dəmir, kalsium, fosfor) zəngindir. Bu səbəbdən küncüt yaz və payız hipovitaminozlarının (vitamin çatışmazlığı) profilaktikasında uğurla istifadə oluna bilər.
- Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Məhz bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün ən vacib minerallardır.
- Küncüt lesitinlə zəngindir. Lesitin baş beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır. Lesitin uşaqlar üçün xüsusilə vacibdir - bu maddə uşağın sinir sisteminin normal formalaşmasında və inkişafında böyük rol oynayır.
- Küncütdə fitosterin var. Bu maddə immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır.
- Küncüt saç və dərinin vəziyyətinə müsbət təsir edir.
- Küncüt kalsium və fosforla zəngindir. Bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Məhz bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir.
- Küncütün tərkibində fitoestrogenlər var. Bu maddələr qadın sağlamlığı üçün xüsusilə faydalıdır - qadın cinsiyyət sistemi xəstəliklərinin, mastopatiyanın riskini azaldır.
- Küncüt güclü afrodiziak sayılır (cinsi meyli artıran maddə).
Küncütü çiy halda müxtəlif meyvə və tərəvəz salatlarına, sıyıqlara, süd məhsullarına (kəsmik, yoqurt) əlavə etmək olar. Gün ərzində 2-3 çay qaşığı küncüt yeyə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/530103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR