UEFA prezidenti sözünün üstündə durdu

UEFA prezidenti sözünün üstündə durdu
23:57 29 Mart 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Avropa klubları Superliqanın təşkil olunması fikrindən imtina ediblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa Klublar Assosasiyasının prezidenti Karl-Haynz Rummenige UEFA-nın Avrokuboklarda həyata keçiriləcək islahatları dəstəklədiklərini qeyd edib.

"2018 və 2021-ci illərdə Avropa Liqası və Çempionlar Liqası üzrə islahatlarla tam razıyıq. Biz UEFA-nın bayrağı altında turnirlərə qatılacağıq. Yaxın illərdə Çempionlar Liqası daha cəzbedici və güclü olacaq" - Rummenige deyib. Bir neçə gün öncə UEFA prezidenti Aleksander Çeferin də vəzifədə olduğu müddətdə Superliqanın təşkil olunmayacağını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR