On beş il bar verməyən ağacın meyvəsi

On beş il bar verməyən ağacın meyvəsi
23:57 29 Mart 2017
551 Ölkə
Ölkə mətbuatı
A- A+

Yetişənə qədər sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu həm qədim, həm də müasir bitkidir. Ona görə qədimdir ki, 5 min ildən çox yaşı var. Ona görə müasirdir ki, onun sağlamlıq üçün əhəmiyyəti son illər yenidən gündəmə gəlib.

Deyilənə görə, Yaqub peyğəmbər səhrada çörək əvəzinə onu yeyirmiş və bəzən onun "Yaqub peyğəmbərin çörəyi" adlandırılması da həmin rəvayətlə bağlıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçibuynuzu ağacının hündürlüyü 8-10 metrə çatır, əkiləndən sonra 15 il meyvə vermir. Digər bir adı da Harnup olan meyvə planetimizn ən qədim bitkilərindən biridir və cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyada bitir. Keçibuynuzu ağacı bar gətirəndə yüz kiloqramlarla məhsul verir. Onu toz halında və çiy şəkldə yeyir və bəhməz hazırlayırlar. Bir neçə yüz il əvvəl şirniyyatlarda şəkər əvəzi kimi onun meyvələrindən istifadə olunurdu. Ağ şəkər istehsalına başlanılandan sonra ondan imtina edilib və qidadakı rolu bir qədər unudulub.

Nəfəs darlığına qarşı keçibuynuzu meyvəsində olan maddə demək olar ki, heç bir bitkidə yoxdur. Bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür. Keçibuynuzu allergiya, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı yaxşı təsir edir, qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır. Çəyirdəkləri üyüdülərək süd və balla qəhvə kimi bişirilir və bəhməz hazırlanır.

Keçibuynuzu 90 faiz halda ağ ciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Xəstəliyin daha yaxşı sağalması üçün keçibuynuzu ilə qırmızı turpdan istifadə edilməsi müalicənin təsir gücünü artırır. Bitkidə xolesterolun yoxluğu da onun böyük üstünlüyüdür. Tərkibində kofein və teobromin olduğuna görə qan təzyiqi zamanı ondan istifadə etmək olar. Fosfor və kalsiumla çox zəngin olduğuna görə osteoporoz xəstəliyi zamanı kalsium çatışmazlığının qarşısını almağa kömək edir.

Meyvələri təzə və quru halda yeyilir. Qurudulmuş yarpaq və budaqları qaynadılaraq çay hazırlanır. Çəyirdəyi üyüdülüb suda qaynadılandan sonra hazırlanan məlhəmin şiş və yaralara sürtülməsi sağalmanı sürətləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/530264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR