29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə
00:14 30 Mart 2017
181 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnəkboğan kənd sakini, 1978-ci il təvəllüdlü Tağıyev Elçin Zirəddin oğlu döş qəfəsinin sol yarısının çoxsaylı kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.

 

Dərhal əməliyyat edilən E. Tağıyevin vəziyyəti ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR