Bağdadda partlayış:

Son məlumatlara görə, Bağdadda baş verən terror aktı nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər isə yaralıdır.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimalı var. İŞİD daha öncə Bağdadın cənubunda bir neçə terror aktı törədib.

*****

00:42

İraqın paytaxtı Bağdadın cənubunda partlayış baş verib.

Metbuat.az "Associated Press"ə istinadən bildirir ki, polis postunu hədəf alan minalanmış yük maşınının partlaması nəticəsində 15 nəfər dünyasını dəyişib, 45 nəfər yaralanıb. Həlak olanlardan 3-ü polis məmurudur.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR