Şəki sakini intihar edib

Şəkidə 55 yaşlı kişi sirkə turşusu içərək intihar edib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 29-u günorta saatlarında Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Məmməd Fərid oğlu Nemətzadə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı iki övlad atası olan 55 yaşlı Məmməd Nemətzadənin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq Məmməd Nemətzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, Məmməd Nemətzadənin Şəki şəhərində fəaliyyət göstərən banklardan birinə borcu olub. Məmməd Nemətzadənin intihar etməsinin dəqiq səbəbini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR