“Linkedİn” Rusiyada qeydiyyata alındı

ABŞ-ın “Linkedİn” sosial şəbəkəsi Rusiyanın Federal Vergi Xidmətində qeydiyyatdan keçib.

Metbuat.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, aprel ayından etibarən daha 128 xarici şirkət Rusiyaya vergi ödəyəcək.

Bildirilir ki, bundan əvvəl “Linkedİn” sosial şəbəkəsi ölkə sakinlərinin şəxsi məlumatlarının mühafizəsi ilə bağlı Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Məhz bu səbəblə sosial şəbəkə bütün Rusiya ərazisində Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) tərəfindən blok edilmişdi. Ancaq şirkət bu qərardan narazı qalıb. Onlar bütün qanunları icra etdiklərini deyirlər.

Buna baxmayaraq, ABŞ-ın “Microsoft” korporasiyasına məxsus “Linkedin” sosial şəbəkəsi yaxın zamanlarda bütün Rusiya sakinləri üçün yenidən əlçatan olacaq. Çünki şirkət rəhbərliyi Rusiya Federal Vergi Xidmətində qeydiyyatdan keçməyə razılıq verib.

“Linkedİn” sosial şəbəkəsindən başqa, “Apple”, “Amazon”, “Google” və “Microsoft” kimi iri texnoloji şirkətlər də Rusiyanın Federal Vergi Xidmətində qeydiyyatdan keçiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR