İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək.

Metbuat.az APA-ya istinadən bildirir ki, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var.

Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi. Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR