Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər
02:34 30 Mart 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya təmsilçisinin ölkəyə girişini qadağan edən Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Avropa Yayım Birliyinin rəhbəri İngrid Deltenre məlumat verib. O bildirib ki, Ukraynaya qarşı sanksiya tətbiq edilə bilər:

 

“"Eurovision”ın siyasi oyunlar üçün istifadə edilməsi məni üzür. Musiqili yarışmanın məqsədi milyonlarla adamı əyləndirmək və onları birləşdirməkdir. İnsanları bir-birinə qarşı qoymaq deyil”. Deltenre eyni zamanda vurğulayıb ki, yarışmanın 60 illik tarixində hər hansı bir ölkənin müsabiqədə iştirakı qadağan edilməyib.

 

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya təmsilçisinin ölkəyə girişini qadağan edən qərar qəbul edib. Buna səbəb Yuliya Samoylovanın 2015-ci ildə Rusiya tərəfindən işğal edilən Krımda konsert verməsidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR