“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq
07:37 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Microsoft" korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, korporasiya nümayəndələri bildiriblər ki, "Microsoft" çoxdandır unikal xüsusiyyətlərə malik qurğu və müasir kompüterlərin hazırlanmasını planlaşdırır. Belə xüsusiyyət qurğu həvəskarlarına məhsuldan daha rahat istifadəyə imkan verəcək.

Həmçinin qeyd olunur ki, əldə olunan patent yeni qurğuları yalnız ABŞ markası ilə satmağa şərait yaratsa da, yaxın gələcəkdə ultramüasir texnika ABŞ bazarı ilə yanaşı, Avropa bazarlarında satılacaq.  

İlk qatlanan noutbukun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR