Bakıda DƏHŞƏTLİ QƏTL: Ər arvadının başını hamamda kəsdi

Bakıda DƏHŞƏTLİ QƏTL: Ər arvadının başını hamamda kəsdi
07:38 30 Mart 2017
313 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR