Smartfon ekranının kənar gözlərdən qorunacaq

Smartfon ekranının kənar gözlərdən qorunacaq
08:05 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kanadanın "BlackBerry" şirkəti smartfon ekranında göstərilən informasiyanın qismən gizlədilməsi üçün nəzərdə tutulan "Privacy Shade" adlı mobil proqram təqdim edib. "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən "BlackBerry" telefonları ilə uyğunluq təşkil edən əlavəni "Google Play" mağazasından yükləmək mümkündür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil qurğunun ekranının rəngini tündləşdirməyə imkan verən "Privacy Shade" smartfon istifadəçisi üçün ekranın lazımi seqmentinə adi parlaqlıqda baxmağa şərait yaradan kiçik yer qoyur. Bununla istifadəçi arxadan ekrana baxan şəxsin vacib informasiyanı oxuması riskini azaldır. Bundan başqa, proqramdan yataqda oxuma zamanı ekranın parlaqlığını azaltmaq üçün istifadə etmək olar. Lakin həkimlər görmə ilə bağlı yarana biləcək problemlərə görə bunu etməməyi tövsiyə edirlər.   

Qeyd edək ki, yeni əlavə yalnız təsadüfi məlumat sızması halları ilə mübarizədə effektiv ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/529797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR