"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"
08:05 30 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əgər futbolçularımız qrupdakı növbəti oyunlarda Almaniya ilə olduğu kimi, mübariz, əzmkar oyun göstərib yaxşı nəticə əldə etsələr, dünya çempionatının final mərhələsinə çıxıb yeni və unudulmaz bir tarix yaza bilərlər".

Bunu Milli.Az-a açıqlamasında Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) yeni prezidenti, AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın yığımasının Almaniyaya uduzmasını faciəyə çevrirmək heç də doğru deyil: "Əvvəla, Almaniya yığması dünya çempionudur, ikincisi, onların futbolçuları adlı-sanlı oyunçulardır və dünyanın ən qabaqcıl klublarında çıxış edirlər. Biz bu oyuna sparrinq və bizim futbolçuların onlarla oynaması və təcrübə qazanması baxımından böyük əhəmiyyət veririk. Çünki futboçularımız hiss elədilər ki, meydanda qitənin və dünyanın ən güclü komandası ilə oynayırlar. Və deyim ki, heç də pis oynamadılar, yaxşı oynadılar. Səhvlərin olması da təbii prosesdir. Əzmkarlıq da əvvəlki oyunlarla müqayisədə çox yaxşı idi. Artıq futbolçularımız əvvəlki illərdəki kimi, zəif olaraq, oyuna öncədən məğlub olmaq üçün yox, mübarizə əzmi ilə, böyük ruhla çıxırlar. Yaxşı oymamaq, özlərini göstərmək istəyirlər. Bütün bunlar hamısı meydanda açıq görünürdü. Hamımız şahid idik və gördük ki, necə oynadılar".

R.Əliyev hesab edir ki, indi əsas məqsəd bundan sonrakı oyunlar üçün hazırlığın düzgün qurulması və yaxşı nəticələr əldə etməkdir: "Bundan sonra gələcəyə hazırlaşmaq lazımdır. Bizim yığmamız əvvəllər seçmə mərhələdə qruplarda cəmi 2 və ya 3 xalla axırıncı yerləri, ən yaxşı halda axırıncıdan əvvəlki yeri tuturdu. Hazırda 5 oyundan sonra komandamızın 7 xalı var. Bu gün elə bir imkan yaranıb ki, komandamız dünya çempionatının final mərhələsinə çıxa bilər. Qabaqda Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino ilə oyunlarımız var.

Əgər onları keçsək və kifayət qədər xal toplasaq, böyük ümidlərlə şansımız var ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına gedək. Bu, baş versə, unudulmayan bir tarixə çevriləcək. Bu, Azərbaycan üçün təkcə futbol deyil, həm də böyük siyasətdir. Bilirsiz ki, dünya çempionatı futbolda ən nüfuzlu və idmanda ən çox izlənilən yarışdır. Ona görə də, bundan sonrakı oyunlara ciddi hazırlıq prosesi getməlidir. Növbəti oyunlarda futbolçularımız daha yaxşı oyun göstərə bilsə, bu arzumuz gerçək ola bilər. Buna ümid var, hələ şansımız qalır". 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR