Tramp qızını da dövlət qulluqçusu etdi

Tramp qızını da dövlət qulluqçusu etdi
08:28 30 Mart 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək.

Publika.az xəbər verir ki, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var.

Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi. Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR