Opera mini yeniləndi

Opera mini yeniləndi
08:47 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Opera" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün populyar "Opera mini" brauzerinin yenilənmiş versiyasını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yenilənmədə fərqləndirici cəhət proqramın müstəqil şəkildə siyahısı brauzer pəncərəsinin yuxarı hissəsində göstərilən səhifədən audio və video kontentini taparaq çeşidləməsindədir. Bu, istifadəçilərə lazımi materialı asanlıqla yükləməyə imkan verəcək.

Məlumata görə, əvvəlki versiyalarda olduğu kimi, brauzerdə axtarış sətri quraşdırılıb. Bundan başqa, yeni versiyaya "Facebook" servisi üçün bildiriş funksiyası əlavə edilib. Həmçinin tərtibatçılar sürətin və işin sabitliyinin, təhlükəsizliyin və s. yaxşılaşdırılmasına yönələn bir sıra dəyişikliklər ediblər.

Xatırladaq ki, brauzerdə səhifənin qurğunun yaddaşında saxlanılması üçün rahat funksiya quraşdırılıb. Bunun sayəsində istifadəçi xoşuna gələn materiallara internetə qoşulmadan baxmaq imkanı əldə edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR