"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım
08:57 30 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın şimalında keçirilən "Fərat Qalxanı" əməliyyatının başa çatdığını təsdiqləyib və bildirib ki, ölkənin təhlükəsizliyinə təhlükə yarandığı halda yeni əməliyyat mümkündür.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Türkiyə milli təhlükəsizlik Şurasının iclasının yekunları üzrə yazılı bəyanatda "Fərat Qalxanı" əməliyyatının müvəffəqiyyətlə bitdiyini bildirib.

"Biz terrorçulardan 2015 kvadrat kilometrlik ərazini təmizlədik, Azad suriya ordusu orada yerləşib, qaçqınlar ora qayıdır, həyatı qurulur. "Fərat Qalxanı" əməliyyatının başa çatdı. Gələcəkdə, bizə qarşı hansısa təhlükə olduğu halda yeni əməliyyat keçirilə bilər və o, başqa adı daşıyacaq", -Yıldırım bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR