Dünən "Cinema plus"da "Yarasa art pictures"in istehsal etdiyi "The game" filminin qala gecəsi keçirilib.
Publika.az xəbər verir ki, filmdə türkiyəli
aktyor Eray Türk, Pərvin Abıyeva və bir çox aktyorlar çəkilib.
"Kurtlar vadisi" serialında "Yıldırım" obrazını canlandıran
türkiyəli aktyor Eray Türk Azərbaycan filmində çəkilməsi ilə bağlı
təəssüratlarını bölüşüb. O, filmdən aldığı qonorardan razılığını
ifadə edib:
"Film iki il ərzində çəkildi. Azərbaycan dilini anlamaqda bir az çətinlik çəkdim. Buna baxmyaraq çəkilişlər gözəl keçdi. Heç vaxt Azərbaycan filmlərini izləməmişəm və aktyorlarını yaxşı tanımıram. Filmdən 30 min manata yaxın qonarar aldım".
Aytən