Bakıda polisin saxlamaq istədiyi gənc özünü doğradı - FOTO

Bakıda polisin saxlamaq istədiyi gənc özünü doğradı - FOTO
09:47 30 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə lezva ilə xəsarət yetirib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında "Koroğlu" metrostansiyasının keçidində baş verib. Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib.

Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunu sərbəst buraxılmasını istəyib. Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR