Kişi atası ilə arvadını güllələdi və intihar etdi

Kişi atası ilə arvadını güllələdi və intihar etdi
09:57 30 Mart 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az Türkiyə mediasına istinadla bildirir ki, Amasya şəhərində mühafizəçi işləyən Engin Gül işdən evə gəlib, atası ilə həyat yoldaşını güllələyib, sonra da özünə qəsd edib.

52 yaşlı Engin Gül 82 yaşlı atası və 45 yaşlı xanımı Seval Gülü silahla yaraladıqdan sonra intihar edib.

Səsi eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə polislər və həkimlər gəlib. Onlar həyatını itirən Enginin atasını və xanımını xəstəxanaya çatdırıblar. Onların vəziyyəti ağırdır.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR