İntim xidmət göstərənlər üçün avtomobil hazırlandı

Danimarkada intim fəaliyyətlə məşğul olanların zorakılıqla üzləşməsinin qarşısının alınması üçün sahibkarlardan biri qeyri-adi üsula əl atıb.

Metbuat.az bildirir ki, bir təcilli tibbi yardım avtomobilinin adı dəyişdirilərək, "Sekselans" adlandırılıb. Bununla da intim fəaliyyətlə məşğul olan şəxslərə daha güvənli mühitdə öz işləri ilə məşğul olmaq şansı yaradılıb. "Sekselans"ın pulsuz xidmət göstərəcəyi də əlavə olunub.

Qeyd edək ki, statistikaya görə, Danimarkada intim fəaliyyətlə məşğul olanların 45 faizi işgəncəyə məruz qalır, yaxud təhdid edilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR