Azərbaycanla oyununu tənqid edən futbolçu əməliyyat olunacaq

Azərbaycanla oyununu tənqid edən futbolçu əməliyyat olunacaq
10:22 30 Mart 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya milli komandasının və "Şalke" klubunun futbolçusu Benedikt Hövedes iyunun 17-də Rusiyada start götürəcək Konfederasiyalar Kubokuna aparılmayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi baldırındakı daimi ağrılar üzündən mövsümün sonunda əməliyyat olunacaq. Baş məşqçi Yoahim Löv Konfederasiyalar Kubokunadək Hövedesin bərpa ola bilməyəcəyini açıqlayıb.

"Şalke"nin kapitanı martın 26-da Azərbaycan yığmasını 4:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında sonadək meydanda olub. O, 84-cü dəqiqədə sarı vərəqə alıb. Oyundan sonra isə Hövedes öz komandasını tənqid edib. Təcrübəli müdafiəçi bildirib ki, oyuna laqeyd yanaşıblar və lazımınca köklənə bilməyiblər.

Qeyd edək ki, iyulun 2-dək davam edəcək Konfederasiyalar Kubokunda Almaniya yığması Avstraliya, Çili və Kamerunla birgə B qrupunda yer alacaq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR