57 ölkəyə hələ də səfir təyin etməyib

57 ölkəyə hələ də səfir təyin etməyib
10:32 30 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.

D.Tramp bu il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra ölkəsinin bir sıra dövlətlərdəki səfirlərini işdən çıxarıb. Məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.

Qeyd edək ki, səfir vəzifəsinə namizədlər Senatın Baş Məclisində təsdiq olunmalıdır. 
Xatırladaq ki, Yuta ştatının keçmiş qubernatoru, 2009-2011-ci illərdə ABŞ-ın Çindəki səfiri kiçik Con Xantsmanın Rusiyaya səfir təyin ediləcəyi haqda da xəbərlər yayılıb. Onun atası, böyük Con Xantsmana respublikanın yaranmasında göstərdiyi səylərə görə Ermənistanın vətəndaşlığı verilib. Milyader böyük Conun bir vaxtlar Yerevanda zavodları olub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR