“Samsung” “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarını rəsmən təqdim etdi (FOTO, VİDEO)

“Samsung” “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarını rəsmən təqdim etdi (FOTO, VİDEO)
10:35 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkəti Nyu-Yorkda keçirilmiş təqdimatda yeni "Galaxy S8" və "S8 Plus" smartfonlarını nümayiş etdirib.

Hər iki cihaz tərəflər nisbəti 18,5:9 olan və 2960x1440 piksel təsvir ölçülü əyri kənarlara malik ekranla təchiz edilib. Böyük modeldə ekranın diaqonalı 6,2, kiçikdə isə 5,8 düymdür.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb. İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skanerinin yeri arxa tərəfə keçirilib. Yeni qabaqcıl smartfon gözün qüzehi qişasının skaneri ilə təchiz edilib.

Yeni "S8" smartfonları "IP68" standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır, yəni telefon 1,5 metr dərinliyində suyun içində 30 dəqiqə qalmaq qabiliyyətinə malikdir.

Yeni smartfonlar iki modifikasiyada əlçatan olacaq: "Samsung Exynos 8895" və "Qualcomm Snapdragon 835" prosessorları ilə. Həmçinin 4 QB əməli və 64 QB daxili yaddaşla təchiz ediliblər. Yaddaş kartı dəstəklənir. Əsas kameranın təsvir ölçüsü 12, ön kamerada isə 8 meqapikseldir. Hər iki aparat "Dual Pixel" texnologiyasına malik "f1.7" linzasına malikdirlər.

"Galaxy S8" smartfonu şirkətin "Bixby" səs assistentini dəstəkləyən ilk  qurğusudur. Səs assistentini işə salmaq üçün korpusun sol tərəfində xüsusi düymə var. İstehsalçının iddiasına görə, sözügedən assistent bazarda ən "ağıllı"dır və başqa şirkətlərin həllindən son dərəcə fərqlənir. Sistem tədricən "Samsung"un bütün qurğularına, həmçinin soyuducu və kondisionerlərə inteqrasiya ediləcək.

Emil Hüseynov











Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46827-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR