Ozancan millimizi Türkiyə yığmasına dəyişə bilər

Ozancan millimizi Türkiyə yığmasına dəyişə bilər
10:47 30 Mart 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Skautlarımız uzun müddət Ozancanı izlədilər. Onu transfer etdiyimiz üçün çox sevinirik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Bursaspor"un vitse-prezidenti Ali Adəmoğlu deyib.

Azərbaycanın gənclər millisinin yarımmüdafiəçisi Ozancan Kökcü karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, yığmamızın Türkiyə ilə keçirdiyi yoxlama görüşündən sonra "Bursaspor" gənc futbolçu ilə hərtərəfli razılıq əldə edib. Yayda "Feyenoord"la müqavilə müddəti başa çatacaq yarımmüdafiəçi "Fənərbağça" ilə "Bursaspor" arasında seçim etməli olub və sonda Bursa klubu ilə 4 illik sazişə razılıq verib.
 
Adəmoğlu yerli mətbuata açıqlamasında onun gələcəkdə Türkiyə millisində oynayacağına ümid etdiyini söyləyib: "Ozancanın hələ 18 yaşı var və Hollandiyada yetişib. "Feyenoord"un aşağı yaş qrupunda oynayırdı. Azərbaycanın gənclər yığmasının heyətində də Türkiyəyə qarşı matçda iştirak etdi. Bu cür istedadla, inşallah, gələcəkdə milli komandamızda da oynayar. Prosedur da buna imkan verir. Skautlarımızın böyük canfəşanlığı nəticəsində onu heyətə cəlb etdik. İyulun 1-dən rəsmən bizimlə olacaq. Bəzi klublar onları qabaqladığımız üçün bizə qəzəblənə bilərlər. Amma önəmli bir iş gördük".
 
Qeyd edək ki, Ozancan Kökcünün adı "Fənərbaxça" ilə yanaşı, İngiltərə klubları ilə birgə də hallanırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR