Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA

Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA
10:54 30 Mart 2017
250 Digər
Ölkə mətbuatı
A- A+

 

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşmək istəyən gənclərə sərt reaksiyası sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub.

 

Bəziləri “onlar cavandır” deyə cütlüyə dəstək verib, bəziləri isə eyni halla rastlaşsalar, X. Səfəroğlu kimi reaksiya verəcəklərini dilə gətirib.

 

Bəs gənclərin metroda öpüşməsinə hər hansı qadağa varmı? Lent.az metropoliten rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənib. 

 

“Bakı Metropoliteni” QSC-nin  mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metro istifadəçiləri üçün qanunla tənzimlənmiş davranış qaydaları var və metro rəhbərliyi də bu qaydaların pozulmasına cavabdehdir.

 

N.Paşayev deyib ki, sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında "öpüşmək" yoxdur: “Buna qarşı nə isə etmək düzgün olmaz. İnsanlar özləri bir-birini nəzərə almalıdır. Ümumiyyətlə, ictimai yerlərdə asayişin qorunması ilə bağlı qaydalar var.  Metroda ictimai asayişin pozulmasına nəzarət edən polis əməkdaşları xidmət göstərir.  Əgər kimsə ictimai asayişi pozursa, düzgün davranmırsa, bundan narahat olan sərnişinlər polis əməkdaşına müraciət edə bilər. Əhaliyə də müraciət edərək deyə bilərik ki, insanlar bir-birinə qarşı hörmətli olsunlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR