Millimiz rekordunu təkrarladı

Millimiz rekordunu təkrarladı
11:05 30 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan yığması Moldova ilə oyunlarda ən böyükhesablı qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yoxlama oyununda 6:1 hesabı ilə qalib gələn yığmamız 6-cı dəfə qarşılaşdığı rəqibi ikinci dəfə 5 top fərqi ilə üstələyib.

Millimiz bu rəqibi 4 il əvvəl də eyni hesabla məğlub etmişdi.
 
Qeyd edək ki, Moldova ilə 6 qarşılaşmada 5 dəfə qələbə qazanan yığmamız 1 görüşdə heç-heçə ilə kifayətlənib.
 
30.03.2004. YO. Moldova - Azərbaycan - 1:3
31.03.2004. YO. Moldova - Azərbaycan - 4:5
28.01.2009. YO. Azərbaycan - Moldova - 4:2
14.02.2013. BT. Azərbaycan - Moldova - 6:1
22.04.2015. BT. Azərbaycan - Moldova 1:1, pen.0:1
29.03.2017. YO. Azərbaycan - Moldova - 6:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR