Prezidentliyə namizəd: “İslam üzərində sərt nəzarət qurulmalıdır”

Prezidentliyə namizəd: “İslam üzərində sərt nəzarət qurulmalıdır”
11:28 30 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyon ölkədə islam üzərində sərt nəzarətin qurulması təklifi ilə çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, islam mərkəzlərinin xaricdən maliyyələşdirilməsinə və imamların hazırlıq prosesinə nəzarət etmək lazımdır.

“Mən tamamilə lazımı hesab edirəm ki, Fransada müsəlman dini üzərində dövlətin ciddi nəzarəti qurulmalıdır. Bura islam mərkəzlərinin xaricdən maliyyələşdirilməsinə və imamların hazırlıq prosesinə nəzarət də daxildir”, - siyasətçi RTL radiostansiyasına müsahibəsində deyib.

Fiyon həmçinin xatırladıb ki, din üzərində nəzarət onun ölkəsi üçün “qeyri-adi deyil”.

“Fransada hakimiyyət katoliklərı, həmçinin başqa dinlərin nümayəndələrini Fransa Respublikasının dəyərlərinə hörmət etməyə məcbur etmək üçün artıq tədbirlər görüb. Bu məqsədlə Napaleon Bonapart 19-cu əsrdə Konsistoriyanı yaratdı. Sənəd uidaizmə aid olan məsələləri nizama salırdı”, - o əlavə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR