İctimai yerdə öpüşmək məsuliyyət yaradırmı? - HÜQUQİ ŞƏRH

İctimai yerdə öpüşmək məsuliyyət yaradırmı? - HÜQUQİ ŞƏRH
11:29 30 Mart 2017
187 Digər
Ölkə mətbuatı
A- A+

İki gəncin metroda öpüşməsi sosial şəbəkələrdə müzakirə mövsuna çevrilib. Bəs ictimai yerlərdə öpüşmək qanun pozuntusu hesab edilirmi?

 

Bunu Lent.az-a şərh edən vəkil Fariz Namazlı bildirib ki, ictimai yerlərdə öpüşmək qanun pozuntusu deyil: “Bəzən polislər öpüşən şəxslərə yaxınlaşaraq İnzibati Xətalar Məcəlləsinə istinad edirlər ki, qanunu pozurlar. Bildirirlər ki, onlar xırda xuliqanlıq edirlər. Polislər qızla oğlanı polis bölməsinə dəvət edirlər. Halbuki burada heç bir xuliqanlıqdan söhbət gedə bilməz. İndiyə qədər heç kim öpüşdüyünə görə məsuliyyətə cəlb olunmayıb. Sadəcə, bizdə oğlanlar qızın bölməyə getməməsi üçün digər yollara əl atırlar”.

 

Lakin vəkil onu da qeyd edib ki, öpüşmək seksual xarakterli davranışlarla müşayiət olunursa, o zaman qanun çərçivəsində inzibati qaydada cərimə oluna bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR