Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb

Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb
11:32 30 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR