Azərbaycana daxili orqanlarında narkotik gətirən şəxs həbsxanada öldü

Azərbaycana daxili orqanlarında narkotik gətirən şəxs həbsxanada öldü
11:37 30 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daha bir məhkum ölümü baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1970-ci il təvəllüdlü Ruslan Vaqif oğlu Əbdürrəhmanov xəstəlikdən dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, 2014-cü ildə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Qoşa təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əbdurrəhmanov Ruslan Vaqif oğlu saxlanılıb. Baxış keçirilən zaman onun daxili orqanlarında 3 növ narkotik maddə aşkar edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR