Qış paltarlarınızı çıxarmağa tələsməyin...

Mart ayının 31-dən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. Hətta bəzi dağlıq və dağətəyi bölgələrə sulu qar, qar yağacağı gözlənilir.

Mart ayında qarın yağması ekoloji iqlimə nə qədər uyğundur?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Hidrometroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova bildirdi ki, ölkə ərazisinə qarın yağması mart ayı üçün səciyyəvi bir xarakterik xüsusiyyətdir. Əvvəlki illərdə də ölkə ərazisində bu cür hava şəraiti müşahidə edilib. Bununla bağlı artıq əhaliyə xəbərdarlıq verilib.

Qeyd edək ki, qeyri-sabit hava şərati aprel ayının 4-nə kimi davam edəcək.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR