“Qarabağ”ın oyunu Respublika stadionunda keçiriləcək

“Qarabağ”ın oyunu Respublika stadionunda keçiriləcək
11:57 30 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XXIV turunun "Qarabağ" - "Kəpəz" matçının yeri dəyişdirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Öncədən qarşılaşmanın "Azərsun Arena"da baş tutması planlaşdırılmışdı. Lakin stadionun ot örtüyündə problem yarandığına görə matç ölkənin bir nömrəli arenasına keçirilib.

Qeyd edək ki, aprelin 2-də keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR