Sarkisyan Qarabağa iki döyüş vertolyotunun müşaiyəti ilə uçub

Sarkisyan Qarabağa iki döyüş vertolyotunun müşaiyəti ilə uçub
12:12 30 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi ilə bağlı tədbilər son vaxtlar xeyli gücləndirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda erməni mətbuatı yazır. Məlumata görə, Sarkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərlərində vertolyotdan istifadə edib. Üstəlik, onun bortunu iki döyüş vertolyotu müşayiət edir.

"Joqovurd" qəzeti yazır ki, bu , təsadüfi deyil. Çünki Dağlıq Qarabağın keçmiş "müdafiə naziri" Samvel Babayan Gürcüstandan "İqla" zenit raketi gətirdiyi üçün həbs olunub. Onun "yüksək vəzifəli şəxslərin vertolyotunu vurmağı planlaşdırdığı" haqda xəbərlər var. İki il əvvəl isə İrəvanda Sarkisyanın təyyarəsini vurmağı planlaşdıran silahlı qrup həbs edilmişdi.

Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sarkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar "sırf standart tədbirlərdir" və Samvel Babayanın həbsi ilə bağlı deyil. "Mən bilmirəm ki, iki döyüş vertolyotunu kim görüb, lakin biz prezidentin təhlükəsizliyindən çıxış edərək belə desək standart protokol tədbirləri həyata keçiririk", - o deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR