UEFA-dan güzəşt: “Zirə” avrokuboklara buraxıldı

UEFA-dan güzəşt: “Zirə” avrokuboklara buraxıldı
12:12 30 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Lisenziyalaşdırma Qrupu bəyanat yayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bəyanatda "Zirə"nin avrokuboklarda iştirakı məsələsinə toxunulub.

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidi. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidi. 
 
Bu qaydalardan biri "3 illik üzvlük qaydası" adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir.
 
Premyer Liqa yarışlarında çıxış edən "Zirə" 2014-cü il  iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış qəsəbə təmsilçisi yuxarıda qeyd edilmiş qaydada əks olunan  müddətdən az fəaliyyət göstərdiyindən qitə futbol qurumunun lisenziyasını ala bilməyib.
 
UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və "Zirə"nin 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, klubun növbəti mövsümə qədər olan fəaliyyəti qaydalarına əsasən 3 ildən az hesab olunur.
 
Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə "Zirə"yə güzəştli istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Zirə" tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında assosiasiyaya təqdim olunmasını tələb edib. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Zirə" 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir.
 
UEFA-nın qərarı "Zirə"nin avtomatik UEFA lisenziyası alması anlamına gəlmir və klub növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.
 
2017-18-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR