“Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo

“Neymar Mourinyonun yanına getməkdənsə...” – Ronaldo
12:14 30 Mart 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

 

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Barselona”nın hücumçusu Neymara məsləhət verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür.

 

 

O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: “Onun üçün “Barselona”da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək”.

 

 

Qeyd edək ki, Neymar “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsindədi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR