İngiltərə şantaj edilir, Merkel paralel müzakirəni rədd etdi

Rəsmi olaraq İngiltərənin Aropa Birliyindən (AB) çıxmaq prosesi yerli mediada müxtəlif yanaşmaları ön plana çıxarıb.

Metbuat.az bildirir ki, "Guardian" qəzeti əsas diqqəti AB-nin İngiltərəyə etdiyi xəbərdarlığa yönəldib. Ölkənin baş naziri Tereza Meyin avropalı dövlət başçıları ilə yeni bir Breksit müqaviləsi imzalamayacağı təqdirdə, bunun təhlükəsizliklə bağlı iş birliyində ciddi axsamalara səbəb olacağı diqqətə çatdırılıb. Qəzet AB-nin ölkəni şantaj obyektinə çevirdiyini xüsusilə vurğulayıb.

Avropa Parlamentində Sosialist yönümlü blokun lideri Canni Pitella Tereza Meyin siyasi gedişlərini tənqid edərək, əksər müzakirələrin insanların həyati təhlükəsinə zəmin yaratdığını açıqlayıb. Eyni zamanda, Almaniya kansleri Angela Merkelin Meyin paralel müzakirə tələbini rədd etməsi, hadisələrin gedişatı haqda mənfi çalarların artacağından xəbər verir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR