Harvard və Dyuk universitetlərinin məzunu UNEC-də olub

Harvard və Dyuk universitetlərinin məzunu UNEC-də olub
12:24 30 Mart 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ-ın nüfuzli Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin müəllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə peşəkar William Beaman UNEC tələbələrinə “Biznesdə etika” mövzusunda ustad dərsi keçib.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in bütün fakültələrindən bakalavr və magistrlərin qatıldığı dərsdə amerikalı müəllim biznes münasibətlərində hansı etik davranış qaydalarının əsas amil olduğunu açıqlayıb. Bizneslə məşğul olarkən qeyri-etik sayılan faktorlara diqqət çəkib. Çıxışını real keyslər üzərindən edən strateji kommunikasiya bilicisi biznes mühitində etik qaydaların hansının daha yüksək effekt verməsi və müxtəlif situasiyalarda necə davranmağın sirlərini açıqlayıb. Auditoriya qarşısında bir neçə etik moral dilemma keysləri təqdim edən W.Beaman UNEC tələbələrinin mövcud durumda necə davranacaqları barədə fikirlərini dinləyib.

 

İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim UNEC tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib.

 

Tədbirdə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev və digər müəllimlər də iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR