Məşhur repçi futbol klubu yaradır

Məşhur repçi futbol klubu yaradır
12:27 30 Mart 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur rep ifaçısı Timati futbol klubu yaradır. Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən sənətçiyə məxsus “Black Star” (Blək Star) şirkətlər qrupu artıq yeni layihə haqda Rusiya Futbol İttifaqına (RFİ) da məlumat verib.


RFİ-nin vitse-prezidenti Sergey Anoxin belə deyib: “Black Star” kimi şirkətlərin futbola maraq göstərməsi çox sevindiricidi. Bu addım ölkədə futbolun kütləviləşməsinə xidmət edəcək,  uşaq və gənclərin sözügedən idman növünə daha yaxın olmasını şərtləndirəcək”.

 

“Black Star”ın həmtəsisçisi Pavel Kuryanov isə hədəflərindən danışıb: “Layihəyə birinci ildə 10 milyon rubl pul ayıracağıq. Hədəfimiz yaxın 3-5 ildə futbol klubu yaratmaqdı. Açığı, hələ yaradacağımız kluba ad fikirləşməmişik. “Moskva”, “Blakc Star” və ya başqa ad ola bilər... Məsələyə qərbli düşüncəsiylə yanaşırıq. Yəni dövlət büdcəsindən pul oğurlamaq, ödənişli futbolçuların məvacibinin bir hissəsini “yemək” fikrimiz yoxdu. Necə deyərlər, bazara girmək və zamanla bu sahədə möhkəmlənmək istəyirik”.

 

Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-repci-futbol-klubu-yaradr-t57212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR