"İslam Həmrəyliyi İli"ndə gənclərə töhfə - FOTO

"İslam Həmrəyliyi İli"ndə gənclərə töhfə - FOTO
12:47 30 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və "İrəli" İctimai Birliyi "İslam Həmrəyliyi İli" çərçivəsində birgə layihələr həyata keçirəcəklər.

Milli.Az xəbər verir ki, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və təşkilatın əməkdaşları Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd və köməkçisi Kəmalə İskəndərova ilə görüşüblər. 

Görüş zamanı İslam ölkələrinin gənclər təşkilatlarının birlikdə əməkdaşlığına dair müzakirələr, birgə əməkdaşlıq çərçivəsində Mərkəzin təşkil etdiyi sərgilərə ekskursiyaların təşkil olunması, bu əməkdaşlığın Azərbaycan gəncliyinin maariflənməsindəki böyük rolu qeyd olunub.

Görüşdə "İslam Həmrəyliyi İli" çərçivəsində "İrəli" İB ilə Mərkəzin birgə tədbirlər təşkil etməsinə dair razılığa gələnib.

Əhməd S.Elayd qeyd edib ki, Misirin Mərkəzin ərəb dilində zəngin kitabxanası var. O,"İrəli"yə nəinki bu zəngin kitabxanadan istifadəyə, həm də Misirdə Azərbaycanın tarixi ilə bağlı mənbələrin tədqiqata cəlb edilməsinə dair öz köməyini təklif edib.

Mərkəzin rəhbəri bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində həm də ərəb dili kursları keçirilir. Cənab Elayd "İrəli" İctimai Birliyinin əməkdaşlarını, üzvlərini bu kurslarda iştiraka dəvət edib və qeyd edib ki, kursu bitirənlərə sertifikatlar veriləcək. 

Misirli alim Ulu öndər Heydər Əliyevin "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözlərini xatırladaraq Azərbaycanı sevdiyini və azərbaycançı olduğunu açıqlayıb: "Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm".

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri üzərində Qədim Misirə aid təsvirlər olan papirus kağızını "İrəli" İctimai Birliyinə hədiyyə edib.

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət ocağı olan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda 1999-cu ildən ildən fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan dövlətinin rəsmi qurumları ilə əməkdaşlıq edir. Mərkəzin hazırki rəhbəri Əhməd Sami Elayd eyni zamanda Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR